Qayalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
02 iyun 2023 | 13:04
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qayalı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, Qayalı kəndinin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 0.5 km açıq dren-kanallar lildən təmizlənib, kəndin 0,4 kv-luq elektrik xətlərinin təqribən 40 faizi kabelləşdirilib, yeni telefon xətlərinin çəkilməsi üçün dirəklər basdırılmış, 1 ədəd 160 kv-luq elektrik güc transformatoru quraşdırılıb, 2 ədəd subartezian quyusu qazılıb sakinlərin istifadəsinə verilmişdir.
2022-ci ildə kənddə 8 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 28 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə 7,5 hektar sahədə pambıq əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Arif Qiyasov Qayalı kəndinin 1,5 km uzunluqda baş yolunun asfaltlaşdırılması, Yaqub Mehtiyev Vətən müharibəsinin iştirakçısı olan oğluna həyətyanı torpaq sahəsinin verilməsi və övladının işlə təmin olunması, Şəmşir Cəfərov kəndin ərazisində 30 hektar pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Elşən Tağıyev kəndin 1,5 km uzunluqda baş yolunun qum-çınqılla cari təmir olunması, Elgiz Məmmədov İnzibati ərazi dairəsinin İkinci-Hacallı kəndində 1085 reper nömrəli subartezian quyusunu elektrik enerjisi ilə təmin edən güc transformatorunun texniki normaya gətirilməsi, Ölkə Məmmədova həyətyanı sahəsinin yaxınlığından keçən 0,4 kv-luq elektrik xəttinin 250 metr uzunluqda olan hissəsinin qəzalı vəziyyətdə olduğunu bildirərək yenisi ilə əvəz olunması, Müşfiq Məmmədov Tərtər rayonunun Xoruzlu kəndindən çəkilmiş 500 metr uzunluqda suvarma arxının lildən təmizlənməsi, Nizami Qiyasov oğlu üçün tikdirdiyi fərdi yaşayış evinə təbii qaz çəkilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.