Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

16 noyabr 2022 | 13:32
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qazaxlar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Qazaxlar kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, kəndin 7 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənd qəbirstanlığı abadlaşdırılıb, ətrafına hasar çəkilmiş, içməli su çəkilmiş, talvar tikilmiş, Qazaxlar kənd tam orta məktəbi tikilib, ərazidə olan 6 ədəd xidmət obyekti müasir memarlıq üslubunda yenidən qurulub.
 2021-ci ildə 210 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 735 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 7 qutu ipək qurdu bəsləmiş, hər qutudan 37 kq olmaqla 259 kq barama təhvil verilmiş, 2022-ci ildə 200 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, indiyədək 100 tondan çox pambıq istehsal edilmiş, pambıq yığımı davam edir, 2 kümçü tərəfindən 8 qutu ipək qurdu bəslənmiş, hər qutudan 25 kq olmaqla 200 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Xəsili kənd sakinləri Elçin Məmmədov Xəsili kənd tam orta məktəbinin əsaslı təmiri, Sənan Səfiyev Hacallı kənd sakinlərinin mal-qaranın tullantılarının suvarma kanalına axıdılmasının əkinlərinə ziyan vurması və yeni tikilmiş şəhid bulağına işıqlandırma verilməsi, Qazaxlar kənd sakinləri Aidə Əsgərova kənddə internetin sürətinin az olması, Eyvaz Hüseynov 3 km uzunluqda Qazaxlar-Mehdili yolunun asfaltlaşdırılması, Rüxsalə İsgəndərova tibb məntəqəsinə internet əlaqəsinin verilməsi, Aqil Zeynalov 1018 və 560 reper nömrəli subartezian quyularının dərinlik nasoslarının təmir edilməsi, Faiq Heydərov 5 nəfər Vətən müharibəsi iştirakçısına həyətyanı torpaq sahəsi verilməsi, Munis Qurbanov əlilliyinin müəyyən edilməsi barədə müraciət etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər