Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəbələ - Xankəndi” ultramarafonunun iştiraçıları Bərdədə

11 aprel 2025 | 15:23
 
Azərbaycanın bölgələrini əhatə edən və Qarabağa dönüş ruhunu simvolizə edən Qəbələ-Xankəndi ultramarafonunun iştirakçıları Bərdəyə çatıblar.
Ağdaşdan start götürmüş marafon iştirakçıları Bərdə rayonunda
böyük ruh yüksəkliyi ilə qarşılanıblar.
Dörd mərhələdən ibarət olan marafonun birinci mərhələsi Qəbələ-Ağdaş, ikinci mərhələsi Ağdaş-Bərdə, üçüncü mərhələsi Bərdə-Ağdam və sonuncu, dördüncü mərhələsi isə Ağdam-Xankəndi marşrutu olacaq.
Qeyd edək ki, ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır.
Qəbələ-Xankəndi marafonunda 6 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukraynadan olan idmançılar iştirak edir.
"Qəbələ - Xankəndi Ultramarafonu" aprelin 13-də Xankəndi şəhərində sona çatacaq.
Keçidlər