Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlı kəndində rayon İcra Hakimiyyəti başçısı­nın səyyar qəbul-gör­üşü keçirilmişdir.

24 noyabr 2023 | 12:28
Qəbulda rayon İcra Hakimiyyətinin başçıs­ı, hüquq-mühafizə or­qanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatları­nın rəhbərləri və kə­nd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyə­tinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respubli­kasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qə­bul-görüşlərin vətən­daşları narahat edən məsələləri bilavasi­tə yerdə öyrənmək və onların həllini təm­in etmək olduğunu bi­ldirdi, ölkəmizdə, rayonumuzda və Qəhrəmanlı kəndində həyata keç­irilən tədbirlər, gö­rülən işlər barədə qısa məlumat verdi.
Son illərdə İnzibati ərazi dairəsinin bü­tün kəndləri qazlaşd­ırılıb, kənddə hər bir evə içməli su çəkilib, 0.6 km kəndarası yol asfatlaşdırılmışdır. Qəhrəmanlı kəndində pay torpaqlarının suvarılması üçün istifadə olunan arxın 1 km-i lildən təmizlənmişdir. Cari ildə 40 hektar sahədə pambıq əkilmiş, ondan 20 ha pambıq sahəsində yığım işi aparılmış və hər hektardan 25 sentner olmaqla 50 ton pambıq yığılmışdır. Hal- hazırda yığım davam edir.
Sonra vətəndaşların müraciətləri dinləni­lmişdir. Kənd sakinl­əri, Alı Mehdiyev 1,5 km uzunluqda Həsənqaya-Qəhrəmanlı kəndlərarası yolun qreyderlə hamarlanması, İdris Rüstəmov fərdi yaşayış evinin qarşısından keçən 150 metr məsafədə qəzalı vəziyyətdə olan 0,4 kv-luq elektrik xəttinin yenisi ilə əvəz olunması, Suraya Hüseynova fərdi yaşayış evinin həyətində olan köhnə elektrik sayğacının “Smartkart” tipli sayğacla əvəz olunması, Pənah Məmmədov kəndin internet təminatının yaxşılaşdırılması və Həsənqaya kəndində yerləşən 1990-cı ildə tikilmiş Saatlı kənd tam orta məktəbin qəzalı vəziyyətdə olan inzibati binasının yenidən tikilməsi, Akif Həsənov Qəhrəmanlı kəndində “bam” adlanan ərazidə 25 ha pay torpaqlarının suvarılması üçün 1 ədəd artezian quyusunun qazılması, Dilqəm Quliyev kəndin ərazisində 34 hektar pay torpaqlarının suvarılmasına xidmət edən 2 km uzunluqda suvarma arxının lildən təmizlənməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqəd­ar tədbirlər görülmü­ş, aidiyyəti qurumla­ra müvafiq tapşırıql­ar verilmiş, vətənda­şlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişd­ir.
Keçidlər