Şriftin ölçüsü :

Saytın rəngi :

"Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikasi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətən Müharibəsi Qələbəsi İgidləri" adlı sənədli filminin təqdimatı keçirilmişdir

02 oktyabr 2023 | 12:39
"Vətən Müharibəsi Qələbəsi İgidləri" sənədli filmində Bərdə rayonundan olan şəhidimiz Fəxri Qəribzadənin həyat və döyüş yolları haqqında, onun yaxınlarından va döyüş dostlarından müsahibələr götürülmüş, eyni zamanda, sənədli filmdə şəhidlərimizin döyüş zamanı canlı videoları əks olunmuşdur. Bərdə Peşə Liseyində keçirilmiş təqdimatda Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Bərdə Peşə Liseyinin direktor əvəzi Samir Nəcəfov, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, layihənin rəhbəri "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova və Bərdə Peşə Liseyinin tələbə və müəllim heyəti, şəhid ailələri, qazilər iştirak etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər