"Qürurla irəli" qaçış marafonu artıq Bərdədə!
29 fevral 2024 | 15:15
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq 28 fevral-4 mart tarixlərində Xankəndi-Əsgəran-Ağdam-Bərdə-Yevlax-Ucar-Kürdəmir-Hacıqabul-Qobustan-Bakı marşrutu üzrə "Qürurla irəli" şüarı altında ultramarafon qaçışı keçirilir.
Hal-hazırda Xankəndindən start götürmüş marafon iştirakçıları Bərdə rayonuna daxil olublar.
Qeyd edək ki, marafon Bərdədə böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sağlamlığa gedən yol idmandan başlayır!