Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə yaşayan şəhid ailələri ziyarət edilmişdir
21 sentyabr 2022-ci il tarixində Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Ədalət Əhmədov, başçının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov, nümayəndənin müavini Rəşad Məmmədov, Kələntərli bələdiyyəsinin sədri Rəfayıl Əliyev və Kələntərli kənd ağsaqqalı Vaqif Əliyev ərazidə yaşayan şəhid Abbasov İlqar Vahid oğlunun, Şükürov Sərvan Sərxan oğlunun, Yaqubov Yaqub İlham oğlunun, Qurbanov Rəcəb Elşən oğlunun ailələrini ziyarət etmişlər. Səmimi söhbət əsasında şəhidlərimizin keçdiyi həyat və döyüş yollarından, qəhrəmanlıqlarından, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin yenilməz iradəsi ilə müzəffər ordumuzun ərazilərimizi azad etməsindən, şəhidlərin ailələrinə, yaralılara, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından söz açılmış, ailələrin problemləri öyrənilmişdir. Vətən uğrunda ölən varsa vətəndir. Uca tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, yaralılarımıza şəfa, ordumuza qüvvət, Ali Baş Komandanımıza can sağlığı diləyirik.