Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da 8 noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

05 noyabr 2026 | 17:17
Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə -Ağdam avtomobil yolunun kənarında, Kətəlparaq və Uğurbəyli kəndləri ərazisində ağacəkəmə aksiyası keçirilmişdir.​​​​​​​​​​​​​
Aksiyada Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, İƏD üzrə nümayəndəliklərin işçiləri, bələdiyyələr və rayon sakinləri fəal iştirak etmişdirlər.
Yüksək mütəşəkkilliklə keçən aksiya çərçivəsində ümumilikdə 1 hektar ərazidə abadlıq və təmizlik işləri aparılmış, ərazidə 500 eldar şamı, 150 zeytun ağacı və 150 ədəd gül kolları əkilmişdir.​​​
Zəfər Günü münasibətilə keçirilən aksiya ətraf mühitin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına və ekoloji tarazlığın qorunmasına töhvə vermək məqsədi daşıyır.
Keçidlər