Saatlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, ölkəmizin ərazi bütövlüyünün təminindən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, həmçinin rayonumuzda, o cümlədən Həsənqaya kənd inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə, o cümlədən Saatlı kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə görülən işlərə görə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, əhalinin rahat yaşaması üçün həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Son illər Həsənqaya kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Həsənqaya, Saatlı, Mirasəfli və Qəhrəmanlı kəndləri qazlaşdırılıb, hər bir kəndin içməli su şəbəkəsi tikilib, inzibati ərazi dairəsinin kəndlərini də əhatə edən 27 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yol yenidən qurulub və asfaltlaşdırılıb, Saatlı kəndinin 2 km, Qəhrəmanlı kəndinin 1,7 km və Mirasəfli kəndinin 1,5 km yolları asfaltlaşdırılıb, kəndlərarası yolun kənarında 1000 ədəd müxtəlif ağaclar əkilib, kənddaxili 5,7 km yollar qum-çınqılla təmir edilib, inzibati ərazi dairəsində 2,8 km açıq dren-kanal, 1,5 km suvarma arxları lildən təmizlənib, suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb, 2 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilmiş, hazırda kəndlərin elektrik xətlərinin kabelləşdirilməsi aparılır və Qəhrəmanlı kəndində 250 KV-kuq elektrik transformatoru təmir edilir.
2021-ci ildə ərazidə 132 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32 sentner olmaqla 422,4 ton məhsul istehsal edilmiş, 20 qutu barama bəslənmiş, hər qutudan orta hesabla 35 kq olmaqla 700 kq barama istehsal edilmişdir. 2022-ci ildə ərazidə 170 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış və artıq səpin başa çatdırılmış, hazırda 20 qutu barama bəslənir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Saatlı kənd sakini Yeganə Əhmədova Bala bəyin fərdi yaşayış evində uyğunlaşdırılmış binada fəaliyyət göstərən kənd xəstəxanası üçün yeni bina tikilməsi, Həsənqaya kənd sakinləri Mikayıl Əliyev Qəzalı vəziyyətdə olan 0,4 KV-luq elektrik dirəyinin dəyişdirilməsi, Sahib Mehdiyev həyətyanı və pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Qəhrəmanlı kənd sakini Mərdan Məmmədov məişət tullantılarının yığılması üçün yer ayrılması, Həsənqaya kənd sakinləri Telman Qasımzadə Özünəməşğulluq Proqramı çərçivəsində mal-qara alınmasına kömək, Məhəmmədəli Quliyev evinə gələn 300 metr uzunluqda elektrik xəttinin yenisi ilə əvəz edilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.