Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

17 sentyabr 2022 | 14:09

           Qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Saatlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər Saatlı kəndi qazlaşdırılıb, sakinlərin hər bir ailəsinin həyətinə içməli su çəkilib, kənddaxili 2 km yollar asfaltlaşdırılıb, kəndi elektrik enerjisi ilə təmin edən 10 kv-luq elektrik xətləri yenidən qurulub, 1 ədəd subartezian quyusu bərpa olunub,  500 metr  su arxı lildən təmizlənib, Saatlı kəndini də əhatə edən 27 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yol tikilib. 2021-ci ildə 35 hektar sahədə pambıq əkilmiş, hər hektardan 43 sentner olmaqla 150 ton  pambıq istehsal edilmiş, 2022-ci ildə 37 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri görülür. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Saatlı kənd sakinləri Asif Həsənov suvarma üçün istifadə olunan 501 reper nömrəli subartezian quyusunun dərinlik nasosunun təmiri və evinin yanında olan 10 kv-luq elektrik dirəyinin texniki normaya gətirilməsi, Sahib Meydanov 60 hektar pay torpağını suvarma suyu ilə təmin edən 459 reper nömrəli subartezian quyusunun bərpa edilməsi, Mətləb Lətifov kəndin elektrik enerjisi ilə təminatında fasilələr yaranması, Qəmər Nərimanova evinin arxasında qəzalı vəziyyətdə olan 2 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Dilqəm Qarayev pay torpağından keçən təsərrüfatdaxili suvarma arxının 300 metr hissəsinin lildən təmizlənməsi, Qiyas Quliyev Saatlı kəndində internetin sürətinin zəif olması, Elməddin Əliyev kəndin “Kürdlər” adlanan yerdə 55 hektar sahədə əkinlərin suvarma suyu ilə təminatındakı çətinliklər, Qənbər Qənbərov 389 reper nömrəli subartezian quyusunun məhsuldarlığının zəif olması, Fikrət Şahverdiyev oğluna həyətyanı torpaq sahəsi verilməsi, Fuad Həsənov həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciət etmişlər. Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər