Şriftin ölçüsü :

Saytın rəngi :

S.Behbudov adına şəhər 6№li tam orta məktəbdə “Heydər Əliyev İli”nə​ həsr olunmuş oğlanlar və qızlar arasında ​ şahmat idman növü üzrə xatirə turniri keçirilmişdir.

24 may 2023 | 12:56
22-23 may 2023-cü il tarixlərdə S.Behbudov adına şəhər 6№li tam orta məktəbdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin​ birgə təşkilatçılığı ilə ​ ​ “Heydər Əliyev İli”nə​ həsr olunmuş 2011-2014-cü​ il​ təvəllüdlü oğlanlar və qızlar arasında ​ şahmat idman növü üzrə xatirə turniri keçirilmişdir. Turnirdə 24 şahmatçı (12 oğlan,12 qız)​ ​ ​ ​ iştirak etmişdir.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri ​ giriş sözü ilə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına və idmançılara göstərdiyi ​ diqqət və qayğıdan, son illər Azərbaycan və rayon idmançılarının müxtəlif idman növlərində əldə etdikləri yüksək nailiyyətlərdən danışdı.
​ Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin​ sədri Məhər Atakişiyev çıxış edərək iştirakçıları salamladı, onlara bu turnirdə uğurlar​ arzuladı.
Yarışın baş hakimi Məhəmməd İsayev yarışın qaydaları barədə məlumat verdi.
​Gərgin mübarizə şəraitində keçən yarışda​ ​ qaliblər aşağıdakı kimi​ müəyyən edilmişdir:​ ​
Oğlanlar​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qızlar
1.Heydərli Telman Rüstəm oğlu - I yer ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 1.Heydərli Nihal Rüstəm qızı - I yer
2.İsgəndərov Mehdi Teymurxan oğlu - II yer ​ ​ ​ ​ ​ ​ ​ 2.Qardaşxani Fatimə Məmmədrza qızı - II yer
3.Əmraslanov Nemət Səxavət oğlu - III yer ​ ​ ​ ​ ​ ​ ​ ​ ​3.Məmmədzadə Nilgün Orxan qızı - III yer
I, II və III ​ yerləri ​ tutmuş ​ şahmatçılar təşkilatçılar tərəfindən​ müvafiq dərəcəli ​ diplomlar, medallar​ ​ və xatirə hədiyyələri ilə​ təltif olunmuşlar.
Keçidlər