Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 24-də Bərdə Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə rayonu üzrə gənclər və idman sektoru və Bərdə şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Bərdə şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım Günü münasibətilə “Vətən mənə oğul dedi...” adlı mövzuda seminar keçirilmişdir.

26 sentyabr 2025 | 14:27
Tədbirdə Bərdə RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və əməkdaşı Fidan Nəsirli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə rayonu Uğurbəyli kənd məscidinin imam müavini Səbuhi Hacıyev, Bərdə şəhəri N.Gəncəvi adına 2 saylı tam orta məktəbin direktoru Nərgiz Əhmədova, müəllim və şagirdləri iştirak ediblər.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı.
Azərbaycan hərbçilərinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibə ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndi. Cənab Prezidentin vurğuladığı kimi, “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq”.
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Keçidlər