Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

11 avqust 2022 | 15:16

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Şirvanlı kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Şirvanlı kəndi qazlaşdırılıb, kəndin ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılıb, piyada yolları təmir edilib, içməli su şəbəkəsi tikilib, küçələrdə 19 ədəd bulaq tikilib, 9,5 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, 1 ədəd subartezian quyusu bərpa edilib,  ərazisində olan 21 xidmət obyekti müasir memarlıq üslubunda yenidən qurulub, “Zümrüd” şadlıq evi tikilib, kənd qəbirstanlığı abadlaşdırılıb, qəbirstanlıq hasarlanıb, talvar tikilmiş, əraziyə su xətti çəkilmişdir, ərazidə 8,5 km  açıq dren-kanal lildən təmizlənib, Vətən müharibəsi şəhidlərinin adının əbədiləşdirilməsi üçün  kənddə 4 şəhid bulağı tililib, kəndin ərazisindən keçən Bərdə-Ağdam Zəfər yolunun tikintisi ilə əlaqədar kəndin ərazisindən keçən hissəsində yol boyu içməli su xətləri və 14 bulaq yenidən tikilmişdir.

 2021-ci ildə 98 hektar sahədə pambıq əkilmiş, hər hektardan 28 sentner olmaqla 274,4 ton pambıq istehsal edilmişdir. 2 kümçü tərəfindən 14 qutu ipək qurdu bəslənilmiş, hər qutudan  25,5 kq olmaqla  358  kq barama istehsal edilmişdir.

2022-ci ildə 107 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 1 nəfər kümçü  9 qutu ipək qurdu bəsləmiş, 0,206 ton barama təhvil verilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Şirvanlı kənd sakinləri Mehman Gözəlov Şirvanlı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi,  Məhəmməd Mirzəyev Şirvanlı kəndi ərazisində elektrik xəttinə maneçilik törədən 10 ədəd qovaq ağacının kəsilməsi, Fəxrəddin Mustafayev Şirvanlı kəndi ərazisində açıq dren kanalın 0,8 km hissəsinin lildən təmizlənməsi, “Qumluq” adlanan ərazidə 40 hektar sahənin suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Vəzifə Məmmədova Şirvanlı kəndinin yeni yaşayış məhləsinin elektrik şəbəkəsinin yenidən qurulması, ərazidə yaşayan 1 ailəyə elektrik  xəttinin çəkilməsi, Güldanə Aslanova şəkər xəstəsi olan həyat yoldaşının pensiyasının bərpa edilməsi, Nicat Qarayev Şirvanlı kəndi ərazisində 49 hektar əkinə xidmət edən 805 reper nömrəli subartezain quyusunun məhsuldarlığının az olması, Lyudmila Mustafayeva yeni tikilən Bərdə-Ağdam yolunun Şirvanlı kəndi ərazisindən keçən hissəsində keçid qoyulması, Cəmil Ağayev Qullar kəndində olan 10 hektar pay torpağının su ilə təmin edən balans mənsubiyyəti olmayan subartezian quyusunun məhsuldarlığının az olması, Xanxanımlı kənd sakini  Nizami Nəcəfov Xanxanımlı kəndi ərazisində 50 hektar sahənin suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Bala Qacar kənd sakini Sünbül Quliyeva Şirvanlı kənd həkim ambulatoriyasının Birinci Qarabağ müharibəsində şəhid olmuş oğlunun adına olması barədə sənədin tapılması, Dəymədağıldı kənd sakini  Samirə Cəfərova böyrək xəstəsi həyat yoldaşının əlillik qrupunun bərpa edilməsi, Böyük Qacar kənd sakini  Araz Qurbanov evinə gələn aşağı gərginlikli elektrik xəttinin 200 metr hissəsinin qəzalı vəziyyətdə olması barədə müraciət etmişlər.

Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər