Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində Bərdə rayonuna pənah gətirmiş türk vətəndaşı Kabakulak Ayhanın ailəsi ziyarət olunmuşdur

23 fevral 2023 | 16:53
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qardaş Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş və hazırda Bərdə rayonun Kələntərli kəndində müvəqqəti olaraq yaxın qohumunun evində məskunlaşmış Kabakulak Ayhanın ailəsi ziyarət olunmuş, ailəyə humanitar yardım (zəruri ərzaq məhsulları, isti geyim, yataq dəsti, uşaq bezi) göstərilmiş və rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən tibbi müayinə olunmuşdur. Kabakulak ailəsi rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən nəzarətə götürülərək onlara bütün müayinə, müalicə və xidmətlərin göstəriləcəyi bildirilmişdir. Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti adından qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik.
Keçidlər