Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurbəyli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

07 aprel 2023 | 12:26
 
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Uğurbəyli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, suvarma üçün 1 ədəd subartezian quyusunun yeri müəyyən olunub (2023-cü ildə qazılması nəzərdə tutulub), Kəndin 8,5 km daxili yolları AzKİL təşkilatı tərəfindən qum-çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən 4 km açıq dren-kanal lildən təmizlənib, şəhid Quliyev Məhəmməd Dadaş oğlunun ailəsinə dövlət tərəfindən fərdi yaşayış evi tikilib istifadəyə verilmiş və həyətyanı sahəsində KOİCA şirkəti tərəfindən müasir suvarma sistemi quraşdırılmışdır.
2022-ci ildə 80 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32 sentner olmaqla 256 ton pambıq istehsal edilmişdir. İnzibati ərazi dairəsində 1 nəfər kümçü 2 qutu barama götürüb saxlamış, hər qutudan 27,8 kq olmaqla 55,6 kq barama istehsal edilmişdir. 2023-cü ildə 65 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 7 nəfər fermer pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmış, sahələr şumlanmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Zabilə Cəfərova 1880-ci illərdə “Uğur bəyin” evi olmuş, hal-hazırda qəzalı vəziyyətdə olan Uğurbəyli kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi, Musa Mehdiyev Uğurbəyli kənd tam orta məktəbinin internet ilə təmin olunması, Reyhan Məmmədova Vətən müharibəsinin iştirakçısı olan oğlunun sürücü kimi işlə təmin olunması, Zərifə Məmmədova Uğurbəyli kəndində “Kəndin qabağı” adlanan ərazidə 15 hektar həyətyanı sahələrin suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Qiyas Abdullapur Uğurbəyli kəndinin girişində yerləşən 1 ədəd qovaq ağacının 10 KV-luq elektrik xəttinə toxunaraq təhlükə yaratdığı, Bərxudar Rüstəmov Uğurbəyli kəndinin ümumi sahəsi 4 hektar olan “Nar bağları” adlanan ərazisində suvarma suyu ilə təminatda çətinlik olduğu, Kazım Hüseynov Yevlax-Ağdam magistral yolunun Uğurbəyli kəndinin ərazisindən keçən hissədə yolun kənarında 150 metr məsafədə yağış sularının axıdılması üçün beton xəndək tikilməsi, Vüsal Mehdiyev Uğurbəyli kəndinin baş yolunun 30 metr hissəsinin asfaltlaşdırılması, İlham Hüseynov oğluna Yevlax-Ağdam magistral yolunun kənarında sahibkarlıq obyekti tikmək üçün torpaq sahəsinin ayrılması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər