Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və müstəqilliyimiz" adlı intellektual yarış keçirilmişdir.

20 oktyabr 2023 | 12:34

Mərkəzin direktoru Arifət Əhmədova, Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi- İctimai Birliyinin sədri Aydın Zeynalov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova və Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Baş mütəxəssisi Leyla Mehtiyeva münsif qismində iştirak etmişdir. Mərkəzin direktoru Arifət Əhmədova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin, dövlətçilik sahəsində olmuş misilsiz xidmətlərinin təbliği üçün gənclər arasında bilik yarışlarının təşkili xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımız bir dəqiqəlik sükutla anıldıqdan sonra bilik yarışı başlamışdır. Yarış dörd komanda arasında üç turdan ibarət olmaqla keçirildi. Ak.Z.Əliyeva adına texniki təmayüllü lisey-məktəb, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Bərdə ASAN Könüllüləri və Bərdə Peşə Liseyinin tələbələri yarışda təmsil olunmuşdur. Bərdə Peşə Liseyinin tələbələrinin təmsil olunduğu "Qarabağ" komandası yarışın qalibi seçilərək kubok və fəxri fərmanla təltif olunmuşdur.

Keçidlər