Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasında "Xalqına həsr edilmiş ömür" adlı tədbir keçirilmişdir
11 may 2023 | 17:59
Öncə ümummilli liderin həyatı və siyasi fəaliyyəti ilə bağlı video-çarx izlənilmişdir.
Bərdə RMX-nın direktoru Vüsal Məmmədov çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətini özündə ehtiva edən geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.
Tədbirdə RMX -nın həkimləri və tibbi işçiləri iştirak etmişlər.