Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Mərkəzdə "Sən elə bir zirvəsən" adlı tədbir keçirilmişdir.
10 may 2024 | 15:21
Tədbirdən əvvəl Mərkəz kollektivi Bərdə rayon Heydər Əliyev Mərkəzin qarşısında ucaldılmış dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoymuşdurlar.Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Baş mütəxəssisi Leyla Mehtiyeva ,QMƏVŞAİB -in Bərdə üzrə sədri Etibar Hüseynova ,Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları ,Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəb , N.Gəncəvi adına 2 saylı beynəlmiləl tam orta məktəb və Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin kollektivi iştirak etmişdir.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova bildirdi ki,xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz bu gün - mayın 10-da anadan olmuşdur. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Etibar Hüseynova qeyd etdi ki, Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxsahəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Leyla Mehtiyeva çıxışında vurğuladı ki,Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdur. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır.
Bərdə şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktor müavini Gülarə Ələkbərova bildirdi ki,müasir, qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Dövlət başçısı Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır.
Həmin məktəbin müəllimi Nərmin Hüseynova çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. II Qarabağ müharibəsi Ümummilli Liderin layiqli davamçısı ölkə başçısı Cənab İlham Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.
Tədbirin yekununda Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəb və Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.