Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Əbədiyaşar Lider "adlı tədbir keçirilmişdir.
11 dekabr 2023 | 17:30
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının aparatının, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Bərdə Peşə Liseyinin, Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin könüllüləri, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin nümayəndələri, Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları və P-AQRO MMC -nin baş mexaniki Radə Məmmədova iştirak etmişdir. Tədbir başlamamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs etmişdir. Sonra Bərdə Dövlət İdarəetmə Və Texnologiya Kollecinin direktoru Xosrov Musayev Ümummilli liderin hakimiyyət illərində təhsil sahəsində xidmətlərindən danışdı.
Ak.Z.Əliyeva adın texniki təmayüllü məktəb-liseyin direktoru Teymur Mustafayev qeyd etdi ki, Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.
Sonra Ulu Öndərlə görüşmüş əmək insan, sürücü -mexanik Radə Məmmədova çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşdür. Sonra Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Tədbirin yekununda Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişdirlər.