Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür
28 oktyabr 2022 | 09:57
28.10.2020-ci il tarixdə düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə növbəti dəfə raket zərbələri endirilmişdir. Hücumlar zamanı 21 nəfər həlak olmuş, 82 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.