Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin 32-ci doğum günü mərasimi keçirilib

17 may 2024 | 15:51
Şəhid Abışov Asif Əlövsət oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və veteranlar, qazilər iştirak etmişlər.
Qeyd edək ki, kiçik çavuş Abışov Asif Əlövsət oğlu 16.05.1992-ci il tarixində Bərdə rayonunun Lək kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavəndin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə MAHHXHQ əsgər Abışov Asif Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" , "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!
Keçidlər