Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ikinci ildönümü Bərdədə qeyd olunmuşdur

24 oktyabr 2022 | 11:07
“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli "Rəşadət " ordeni ilə təltif edilmiş çavuş Nağıyev Yusif Bərxudar oğlunun, “Azərbaycan Bayrağı”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlunun, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş əsgər Hümbətzadə Şahmuraz Əyyub
oğlunun ikinci ildönümü mərasimi keçirilmişdir.
Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr diləyirik!
Keçidlər