Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə Bərdə rayonunun Mərkəzi Meydanında musiqili bayram tədbiri keçirilmişdir.

08 noyabr 2022 | 15:01
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kolllektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Bildirib ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc, “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi qazisi Elnur möhbalıyev, Vətən müharibəsi şəhidləri Asəf Əsgərovun atası İlqar Əsgərov, Asif Abışovun anası İsbət Hətəmova çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdən bəri işğal edilən torpaqlarımız azad olunub. Onlar həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə, iştirakçılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Vətən müharibəsi iştirakçılarından 10 nəfərə “Vətən müharibəsi iştirakçısı” medalı təntənəli şəkildə təqdim edilmişdir. Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında güllə atıcılığı üzrə rayon yarışlarının qalibləri 6 nəfərə, 8 noyabr- Zəfər gününə həsr olunmuş Uşu-sanda idman növü üzrə rayon birinciliyinin qalibləri 5 nəfərə, Respublika Təhsil İdman Məktəbinin “Karate-do” zona yarışının qalibi 1 nəfərə diplom və medallar təqdim edilmişdir. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.
Keçidlər