Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən muharibəsində şücaət və qəhrəmanlıq göstərərək şəhadətə ucalan şəhidimiz Cəfərov Oruc Vaqif oğlunun ikinci ildönümü mərasimi keçirilmişdir

29 noyabr 2022 | 15:44
Mərasimdə Bərdə RİHB aparatının nümayəndələri, SHXÇDX-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və Qaradəmirçi kənd tam orta məktəbin kollektivi və şagirdiləri iştirak etmişlər.
Öncə şəhidimizin məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Tədbir iştirakçıları qəhrəman Azərbaycan əsgərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazandığı qələbələrdən, döyüş yollarından bəhs etmişlər.
Şəhid Cəfərov Oruc Vaqif oğlu 13.02.1994-ci il tarixində Bərdə rayon Xanərəb kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Cəfərov Oruc Vaqif oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər