"Vətənpərvərlik - milli-mənəvi dəyər kimi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
25 noyabr 2022 | 11:24
Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri Bərdə Peşə Liseyində QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynovanın təşkilatçılığı ilə "Vətənpərvərlik - milli-mənəvi dəyər kimi" mövzusunda keçirilmişdir.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Bərdə RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynovanın, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Bərdə Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Alıyev, Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi İctimai Birliyinin rayon təşkilatının sədri Aydın Zeynalov, şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Aynur Baxşəliyeva çıxış edərək bildirmişlər ki, bu qəbildən olan tədbirlər gənclərimizdə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malikdir
Tədbir müzakirə formasında keçmiş gənclər öz fikirlərini səsləndirmişlər