Şriftin ölçüsü :

Saytın rəngi :

Xəsili kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

24 sentyabr 2023 | 11:39
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Xəsili kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, içməli su üçün 1 ədəd artezian quyusu qazılıb, Xəsili-Qazaxlar kəndlərarası 3 km yol qum-çınqılla əsaslı təmir edilib, həmçinin 1 km yol asfalt-betonla tikilib, kənd tam orta məktəbi cari təmir edilib, 1 ədəd qidalandırıcı transformator quraşdırılıb, köhnə işıq xətləri və köhnə transformatorlar yenisi ilə əvəz olunmuş, 4 ədəd paylayıcı güc transformatoru quraşdırılmış, kənd qəbirsanlığına su xəttləri çəkilmiş və işıqlandırma verilmişdir. Hal-hazırda Xəsili və Qazaxlar kəndlərində yeni GPON texnologiyası əsasında optik internet şəbəkəsi qurulur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Məstanə Məmmədova gəlininin işlə təmin olunması, Nuridə Səlimova oğlunun 2022-ci ilin oktyabr ayında Bərdə rayonunun Alpout kəndi ərazisində avtoqəza törətdiyini bildirmiş, günahsız olduğunu iddia edərək azadlığa buraxılması, Səməndər Yusifov işlə təmin olunması, İbrahim Fərəcov kəndin içməli su ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd artezian quyusunun qazılması, Xəsili kənd tam orta məktəbin direktor müavini Elçin Məmmədov məktəbin damının qəzalı olduğu üçün əsaslı təmir olunması, Xəlil Qəhrəmanov yaşadığı küçəyə qum-çınqıl verilməsi və qrederlə düzlənməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər