Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz bir illiyinə həsr edilmiş geniş tədbir keçirib.

08 may 2024 | 11:17
YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyi ilə birlikdə Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının yüz bir illiyi münasibətilə "Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur!" adlı geniş tədbir keçirib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunmuş, məzarları üstünə əklil qoymuşlar. Vətən müharibəsi zamanı Bərdəyə Ermənistanın atdığı Smerc tipli raket nəticəsində həlak olan mülki şəhidlərimizin xatirəsinə salınmış Guşənin önünə tər qərənfillər düzüblər.
Tədbirdən öncə rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu öndər Heydər Əliyevə həsr edilmiş Mədəniyyət işçilərinin və incəsənət məktəbi şagirdlərinin rəsm və əl işləri, həmçinin xalça və kitab sərgiləri izlənilmişdir.
Tədbirdə şəhid anaları, qazilər, Ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və xalqımızın azadlığı, dövlətimizin suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş və əhatəli məruzə ilə Ulu öndər Heydər Əliyevin xalqı və dövləti xilas yolundan, layiqli varisi, qalib Prezident, Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında bugünkü inkişaf və Zəfər yolundan danışmışdır. Bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin parlaq ideyaları Qələbələrimizin möhkəm özülüdur.
Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyi rəhbəri Fərid Hacıyev "Ulu öndər Heydər Əliyev və mədəniyyətin inkişafı" adlı çıxışında Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də inqilabi inkişafa və yeniliyə yol açdığından danışmışdır.
Tədbirdə Ulu öndər Heydər Əliyevlə görüşmüş Prezident təqaüdçüsü Tərlan Musayeva, Birinci Qarabağ müharibəsi veteranı İslam Əzimov, Qarabağ Təhsil İdarəsinin rəis müavini, rəis səlahiyyətlərini icra edən Anar Məcidov, Ukraynada Kiyev şəhərində beş orta məktəbdə "Ulu öndər Heydər Əliyevin zəngin irsi"ni tədris və təbliğ edən müəllim Səfayə Naibova və başqaları çıxış edərək müstəqillik dövrünün ağır və çətin dövrünü xarakterizə etmiş, Ulu öndərin dövləti və xalqı xilaskarlıq missiyasından danışmış, Ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə YAP Bərdə rayon təşkilatının fəallarından olan bir qrup gəncə təşkilatın "Təşəkkürnamə"si və YAP-a yeni üzv olmuş şəxslərə YAP üzvlük vəsiqələri təqdim edilmişdir.
Rəsmi hissənin sonunda YAP- ın Himni səsləndirilmişdir.
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin hazırladığı konsert proqramında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş mahnılar ifa olunmuşdur.
Keçidlər