Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri 1 saylı Uşaq İncəsənət məktəbində keçirilmişdir

14 iyul 2022 | 17:03
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri 1 saylı Uşaq İncəsənət məktəbində keçirilmişdir
"İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin direktoru Nərgiz Şərifovanın təşkilatçılığı ilə "Azərbaycançılıq" mövzusunda keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin ildönümünə həsr edilmişdir.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Təbliğat qrupunun üzvü Nərgiz Şərifova mövzu ilə bağlı ətraflı məruzəsində ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin dövlətimizin qüdrətlənməsi və inkişafı yolunun əsası və möhkəm bünövrəsi olduğunu, onun azərbaycançılıq ideologiyasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətin müstəqil Azərbaycan dövlətinin qurulmasında və qüdrətlənməsində nə qədər zəruri və əhəmiyyətli yer tutduğunu önə çəkmişdir.
Daha sonra çıxış edən YAP təbliğat qrupunun digər üzvləri Rzaqulu Şərifov, həmçinin şəhid Xudayarın anası Radə Qurbanova, Əliş Şərifov, Asif Abbasov ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xilaskarlıq missiyasından, bu gün H.Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın tarixi Qələbəsindən və regionda lider dövlətə çevrilməsindən danışdılar.
Tədbir boyunca ulu öndər Heydər Əliyevə ümumxalq sevgisini və inamını tərənnüm edən mahnılar, şəhidlərimizə həsr edilmiş mahnılar musiqi kollektivinin ifasında bir-birini əvəz etdi
Keçidlər