Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilmişdir.

26 iyul 2022 | 10:17
Tədbir “İdeoloji maarifləndirmə konsepsiyası”nın milli maraqlar və həmrəylik mövzusu ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərlinin təşkilatçılığı ilə Bərdə Heydər Əliyev adına park-bulvarda idman nümayişi formasında keçirilmişdir.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli mövzu ilə bağlı ətraflı danışaraq dövlət Gənclər və İdman siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində müvafiq Nazirliyin mühüm rolundan söz açmışdır. Qeyd etmişdir ki, sevindirici haldır ki, bu gün ölkə gəncliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək , Azərbaycançılıq ideologiyası ətrafında həmrəylik yaradaraq Azərbaycanımıza yeni-yeni uğurlar qazandırır. Hazırda ölkəmizdə çoxlu sayda vətənpərvər, intellektual, nümunəvi və dünya miqyasında öz sözünü deyə bilən gənclər və idmançılar yetişməkdədir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək qeyd etdi ki, Azərbaycanda gənclərə, idmançılara dövlət qayğısı uğurlu gələcəyə hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. F.Şadlinskaya eyni zamanda 44 günlük Vətən müharibəsində idmançı və gənc əsgər və zabitlərin vahid komandanlıq ətrafında dəmir yumruq olmasından, xalq, iqtidar və ordunun möhtəşəm birliyinin qazandırdığı Böyük Qələbədən söz açmışdır. Bildirmişdir ki, Qələbə ruhumuz, müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti milli maraqlar ətrafında birliyimizdən və həmrəyliyimizdən keçir!
300 nəfəri əhatə edən tədbir idmançıların idmanın gimnastika, cüdo, sambo, sərbəst güləş, qol güləşi, kikboksinq, muay-tay, boks, MMA, budo, Uşu-sanda, kyokuşinkaykan və cyui-taido növləri üzrə nümunəvi çıxışları ilə davam etmişdir.
Tədbir boyunca vətən sevgisini və inamını tərənnüm edən mahnılar səsləndirilmişdir.
Keçidlər