YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Bərdə Regional “ASAN xidmət” Mərkəzində keçirilmişdir
30 avqust 2022 | 10:05
“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyevanın təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının dövlət təminatı" mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva açmış və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi, İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı və konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı ətraflı məlumat vermişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə, Gənclər və İdman İdarəsinin rəisi müavini Aydın Qasımov, baş məsləhətçisi Fidan Nəsirli, həmçinin regional "ASAN xidmət" mərkəzinin könüllüləri, rayon gəncləri iştirak etmiş, iş təcrübəsi və hüquqi müstəvidə öz fikirlərini bildirmişlər.
Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.