Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında nitqindən irəli gələn məsələlərə həsr edilmiş müşavirə keçirilib
09 oktyabr 2026 | 17:04
Müşavirədən öncə iştirakçılardan bir qrupu Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Müşavirədə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, millət vəkili Fatma Yıldırım, VIII Qurultayın nümayəndələri, ərazi partiya təşkilat sədrləri və müavinləri, partiyanın fəal üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Müşavirədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevin nitqində ifadə olunan müddəalarla bağlı ətraflı məruzə edib, nitqdə qarşıya qoyulmuş prioritet istiqamətlər və konkret vəzifələrdən danışıb. Bildirib ki, dövlətimizin hərtərəfli gələcək inkişafı üçün Ulu öndər Heydər Əliyev ideyalarına və bu ideyaları yeni dinamizminə arxalanırıq və bunun üçün hər birimiz yenə də dəmir yumruq kimi xalq iqtidar birliyini qorumalıyıq.
Müşavirədə çıxış edən Millət vəkili Fatma Yıldırım bildirib ki, dövlət suverenliyimizin bərpa olunmasından sonra ilk dəfə keçirilən YAP-ın VIII Qurultayında ölkə Prezidenti cənab İlham Əliyev nitqində həm ölkə vətəndaşlarına, Partiya üzvlərinə, həm də bütün dünya dövlətlərinə mühüm mesajlar verdi.
Müşavirədə VIII Qurultayın nümayəndələri Kəmalə Rəfibəyli, Rüxsarə Mirzəyeva, Gülbəs Məmmədova, Raqub Yunusov və Etibar Hüseynova dövlət başçısı cənab İlham Əliyevin məlum nitqinə əsaslanan çıxışlar ediblər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.






