Yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşları üçün təlim keçilib
04 noyabr 2024 | 17:34
"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 9-cu hissəsində yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində biliklərinin artırılması üçün təlim keçirilib.
Bununla əlaqədar cari ilin 28 oktyabr 1 noyabr tarixlərində Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzində keçirilmiş təlimdə Bərdə RİHB aparatının Hüquq şöbəsinin məsləhətçisi Natiq Səfərov da iştirak edib.