Yevlax regional miqrasiya idarəsi tərəfindən 19.11.2025-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Uşaq hüquqları aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
21 noyabr 2025 | 15:40
Keçirilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyət istiqamətləri barədə ümumi məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmış, əcnəbi və vətəndaşlığı olmayan uşaqların Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, habelə Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə əsasən onların qohumluq, ailə üzvü və təhsil əsasında müvəqqəti yaşamaq üçün icazənin alınması və ya uzadılması barədə də geniş məlumat verilmişdir. Həmçinin, əcnəbi və vətəndaşlığı olmayan uşaqların huquqları barədə geniş məlumat verilmiş və sənədsiz halda yaşamağın uşaqların hüquqlarının həyata keçirmələrinə mənfi təsirləri diqqətə çatdırılmışdır.
Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər o cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Migrant Programının icrasından irəli gələrək yaradılan Yüksəkixtisaslı Migrant Portalı barədə məlumatlar əyani olaraq numayiş olunmuş və proqramın üstünlükləri nəzərə çatdırılmışdır.
Tədbirin sonunda istirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






