Home Contact Phone
background
  • Ünvan: Az-0900, Heydər Əliyev prospekti 88
  • Faks: (+994 0110) 5-20-12
  • E-mail: mail@berde-ih.gov.az

Xəbərlər

  • 17 fevral 2017-cı il tarixdə Bərdə rayonunun 2...

    17 fevral 2017-cı il tarixdə Bərdə rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

    2017-02-17

    Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.

  • Bərdədə hərbi vətənpərvəriklə bağlı  t...

    Bərdədə hərbi vətənpərvəriklə bağlı tədbir keçirilmişdir.

    2017-02-13

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə 13 fevral 2017-ci il tarixdə Bərdə Heydər Əliyev Mərkəzində Xidmətin rayon şöbəsi Bərdə Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  • Kənd təsərrüfatı naziri Bərdədə vətənda...

    Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb

    2017-01-27

    Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Heydər Əsədov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

  • Bərdədə 20 Yanvar faciəsinin iyirmi yeddinci i...

    Bərdədə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar ümum rayon tədbiri keçirildi.

    2017-01-20

    Tədbirdən öncə başda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi isayev olmaqla rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, digər təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri rayonun Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.

  • Bərdədə Dünya Azərbaycanlılarının Həmrəy...

    Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə böyük bayram tədbiri keçirildi.

    2016-12-29

    31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Rayonun Mərkəzi meydanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri– cəmi 4min nəfərdən çox rayon sakinləri iştirak etmişdir.

  • Xalqımızın ümummilli lideri Heydər Əliyevin ...

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

    2016-12-12

    Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13- ci ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 3000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və etiramlarını bildirmişlər.

  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm...

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdədə Agdam, Ağcabədi, Bərdə, Tərtər, Xocalı, Iaçın, Goranboy rayonlarının, Yevlax və Mingəçevir şəhərlərinin vətəndaşlarını qəbul edərək müraciətlərini dinləmişdir.

    2016-11-30

    Qəbuldan əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.

  • UNICEF-in və BAMF-ın  nümayəndələri Bərdəd...

    UNICEF-in və BAMF-ın nümayəndələri Bərdədə olmuşlar

    2016-11-24

    BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə onların nümayəndələri Bərdədə olmuş, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər.

  • Yeni Azərbaycan Partiyasının 24 –cü ildönü...

    Yeni Azərbaycan Partiyasının 24 –cü ildönümü Bərdədə təntənə ilə qeyd edildi.

    2016-11-21

    21 noyabr 2016-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilmişdir. Tədbirdə rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.

  • Bərdədə Beynəlxalq Tolerantlıq gününə həs...

    Bərdədə Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilmişdir.

    2016-11-14

    Bərdədə Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdən öncə tədbir iştirakçılarından bir qrupu Mərkəzi gəzmiş,ulu öndər Heydər Əliyevlə bağlı olan eksponatlarla tanış olmuşlar.

  • Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” ...

    Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsinə yola salınıblar.

    2016-11-12

    Noyabrın 12-də Bərdə rayonunun mərkəzi meydanında qələbəlik idi. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salmaq üçün meydana toplaşmışdılar.

  • Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsus...

    Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşmüşdür.

    2016-10-27

    Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşmüşdür.Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Bərdə rayon cra Hakimiyyətnin başçısı Vidadi İsayev iştirak etmişlər

  • Bərdənin Mustafaagalı kəndində təbii qaz ver...

    Bərdənin Mustafaagalı kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

    2016-10-21

    Bərdənin Mustafaağalı kəndində təbii qaz verilişinin açılışı olmuşdur. Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

  • 19 oktyabr 2016-cı il tarixdə Bərdə rayonunun ...

    19 oktyabr 2016-cı il tarixdə Bərdə rayonunun 2016-cı ilin 9 aylığının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

    2016-10-19

    Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.

  • Bərdədə 18 oktyabr-Dövlət Müstəqilliyi gün...

    Bərdədə 18 oktyabr-Dövlət Müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilmişdir.

    2016-10-18

    Bərdədə Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.

  • Azərbaycan Ordusunun baş leytenantı şəhid Ziy...

    Azərbaycan Ordusunun baş leytenantı şəhid Ziya Həsənovun ad gününə həsr olunmuş xatirə tədbiri keçirilmişdir.

    2016-10-11

    11 oktyabrda Müdafiə Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “Xalqımıza qələbə sevinci yaşadanlar” silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirə mərasimi keçirilmişdir.

  • Bərdədə  öz şəhid oğlunu bağrına  basdı.

    Bərdədə öz şəhid oğlunu bağrına basdı.

    2016-10-06

    05 oktyabr 2016-cı il tarixdə cəbhənin Beyləqan rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun əsgəri Mammədov Sahil Sabir oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə rayon Soğanverdilər kəndində son mənziilə yola salınmışdır.

  • Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəlli...

    Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirilmişdir.

    2016-10-05

    Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil və musiqi məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin kollektivlərindən bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçilər iştirak etmişlər. Tədbiri rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov açmışdır.

  • İsveçrənin Azərbaycandakı fövqəladə və s...

    İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder oktyabrın 4-də Bərdə rayonunda olmuşdur.

    2016-10-04

    Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib. Görüş zamanı İcra başçısı V.İsayev səfirə Azərbaycanın ən böyük rayonlarından biri olan Bərdə, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat vermişdir.

  • Bərdə şəhərində bələdiyyələr üçün haz...

    Bərdə şəhərində bələdiyyələr üçün hazırlanmış vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilmişdir.

    2016-10-04

    Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiyalarının təşkilatçılığı ilə keçirilmiş zona seminarında Naftalan və Yevlax şəhərlərinin, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Ağdam, Fizuli, Goranboy və Tərtər rayonlarının İcra Hakimiyyətlərinin İnformasiya təminatı və təhlili sektorlarının müdirləri, bələdiyyə sədrləri iştirak etmişdir. Seminarda Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiyasının icra katibi Əli Əkbərli, qulluqçuları Fizuli Gülməmmədli, İmran Cəfərov və sistem üzrə mütəxəssis Pərviz Muradov iştirak etmişlər.

  • Bərdədə Hacallı kəndində təbii qaz veriliş...

    Bərdədə Hacallı kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

    2016-09-20

    Sentyabrın 20-də Bərdə rayonunun Hacallı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

  • Bərdə rayonunun məktəblərində “Bilik gün...

    Bərdə rayonunun məktəblərində “Bilik günü”

    2016-09-15

    15 sentyabr 2016 -cı il tarixdə rayonun 75 məktəbində “Bilik günü” böyük təntənə ilə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının rəhbərləri Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə “Bilik günü” tədbirində iştirak etmişlər.

  • Rayon müəllimlərinin sentyabr konfransı.

    Rayon müəllimlərinin sentyabr konfransı.

    2016-09-08

    Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər. Konfransdan öncə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar. Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Konfransda rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Təhsil Nazirliyinin əməkdaşı Şükür Qədimov, Yevlax rayon 9 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi Elçin Həsənzadə, rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.

  • Bərdədə ali məktəblərə qəbul olunmuş təl...

    Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

    2016-09-02

    Tədbirdən öncə tələbə adı qazanmış gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.

  • BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının...

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri Bərdədə olmuşlar

    2016-08-31

    31 avqust 2016-cı il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi cənab Furio De Angels və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində Bərdə rayonunda olmuşlar. Nümayəndələr öncə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər.

əvvəlki [2] növbəti