Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir.

21 may 2016 | 16:00
 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdədə «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir.
Tədbir iştirakçıları öncə ulu öndər  Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Seminarı rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq qonaqları salamlamış, seminarın işinə uğurlar arzulamışdır.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun «Azərbaycanın innovative inkişafı: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında», Dövlətİdarəçilik Akademiyasının elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin «Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovative metodların tətbiqi» mövzularında məruzələri dinlənilmişdir.
Seminard aSiyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçisi Cahangir Hacıyev çıxış etmişlər.
Keçidlər