Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 28 may-Respublika günü ilə bağlı tədbir keçirilmişdir.

27 may 2016 | 16:00

Bərdədə Heydər Əliyev Mərkəzində  Respublika günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı  ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək  xatirəsinə ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.
Tədbiri  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və  vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır. 
Tədbirdə  iştirak edən  Dövlət idarəçilik və hüquq elmləri üzrə fəlsəfə doktoru, professor , Ukraynada yaşayan bərdəli  Arif Quliyev  çıxış edərək Azərbaycan dövlətinin xarici siyasətindən, Ukrayna –Azərbaycan əlaqələrindən, xarici siyasətdə əldə edilən uğurlardan danışmışdır.
Sonda şəhər 2 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər