Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş tədbir keçirildi.

01 iyun 2016 | 16:00
 1 iyun 2016-cı il tarixdə Bərdə şəhər Heydər Əliyev adına park- bulvarda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdən öncə uşaqların bir hissəsi ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açmış, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğı göstərdiyini diqqətə çatdırmışdır. Tədbirdə rayon Uşaq Fondunun sədri Ofelya Hüseynova, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etmişlər.
Tədbirdə YAP rayon təşkilatının rayon Təhsil şöbəsi, rayon Mədəniyyət və turizm şöbəsi və rayon Gənclər və idman idarəsi ilə birgə keçirdiyi müxtəlif nominasiyalar üzrə yarış və müsabiqə qaliblərinə YAP rayon təşkilatının diplom və hədiyyələri təqdim edilmişdir. Tədbir rayonun mədəniyyət işçiləri tərəfindən hazırlanmış konsert proqramı, ayrı-ayrı məktəb və məktəbəqədər təhsil müəssisələrinin uşaq kollektivlərinin səhnəcəkləri ilə davam etmişdir. Tədbirdə 500 nəfər iştirak etmişdir.
Keçidlər