Şriftin ölçüsü :

Saytın rəngi :

Dəymədağıldı kəndinə təbii qaz verildi.

05 iyul 2016 | 16:00
  İyulun 5-də Bərdə rayonunun Dəymədağıldı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir.Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak  etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır.Bildirmişdir ki,cari ilin ötən dövründə rayonda 154,2 km müxtəlif diametrli qaz xətləri çəkilərək 8 kənd qazlaşdırılmış, 1583abonentə təbii qaz verilmiş, bu gün daha 2 kəndimizə təbii qaz verilir. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır.
Dəymədağıldı  kəndinin qazlaşdırılması üçün 23,9 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 27 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır.Dəymədağıldı kəndində 483 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə Dəymədağıldı kənd sakinləri Şükürzadə Məlahət, Əhmədov Vaqif  çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri  təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Keçidlər