Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon müəllimlərinin sentyabr konfransı.

08 sentyabr 2016 | 16:00
   Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər.
Konfransdan öncə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Təhsil Nazirliyinin əməkdaşı Şükür Qədimov,  Yevlax rayon 9 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi  Elçin Həsənzadə, rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə  etdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon Təşkilatının sədri Fəqət Şadlinskaya konfransda çıxış edərək rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.  Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətindəki uğurlardan söhbət açdı.
Konfransda  akademik Z.Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin    direktoru Vidadi Süleymanov,   şəhər 2 saylı tam orta məktəbin direktoru Pakizə Muxtarova, Mirzəxan kənd tam orta məktəbin tarix müəllimi Xuraman Süleymanova, Xanqaraqoyunlu kənd tam orta məktəbin tarix müəllimi Şəhla Mustafayeva, Təhsil nazirliyinin əməkdaşı Şükür Qədimov çıxış edərək    təhsildəki inkişafa görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
          Konfransda 2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərar qəbul edildi.
           Konfransda təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə müəllimlərdən 6 nəfərinə rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı,   8 nəfər təhsil işçisinə rayon Təhsil şöbəsinin Fəxri fərmanı, qocaman müəllimlərdən bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.
Keçidlər