Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun məktəblərində “Bilik günü”

15 sentyabr 2016 | 16:00
 15 sentyabr 2016 -cı il tarixdə rayonun  75  məktəbində “Bilik günü”  böyük təntənə ilə qeyd olunmuşdur.
             Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının rəhbərləri Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə “Bilik günü” tədbirində iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev çıxış edərək  müəllim, şagird və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, respublikamızda məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilə göstərilən diqqət və qaygıdan danışmışdır.
Çıxış edənlər  diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bldirmişlər.        
             “Bilik günü” tədbirləri keçirilən bütün  məktəblərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər.
Keçidlər