Home Contact Phone
background
  • Ünvan: Az-0900, Heydər Əliyev prospekti 88
  • Faks: (+994 0110) 5-20-12
  • E-mail: mail@berde-ih.gov.az

Xəbərlər

  • Bərdə rayonunun məktəblərində “Bilik gün...

    Bərdə rayonunun məktəblərində “Bilik günü”

    2016-09-15

    15 sentyabr 2016 -cı il tarixdə rayonun 75 məktəbində “Bilik günü” böyük təntənə ilə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının rəhbərləri Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə “Bilik günü” tədbirində iştirak etmişlər.

  • Rayon müəllimlərinin sentyabr konfransı.

    Rayon müəllimlərinin sentyabr konfransı.

    2016-09-08

    Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər. Konfransdan öncə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar. Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Konfransda rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Təhsil Nazirliyinin əməkdaşı Şükür Qədimov, Yevlax rayon 9 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi Elçin Həsənzadə, rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.

  • Bərdədə ali məktəblərə qəbul olunmuş təl...

    Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

    2016-09-02

    Tədbirdən öncə tələbə adı qazanmış gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.

  • BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının...

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri Bərdədə olmuşlar

    2016-08-31

    31 avqust 2016-cı il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi cənab Furio De Angels və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində Bərdə rayonunda olmuşlar. Nümayəndələr öncə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər.

  • Bərdədə Lək kəndində təbii qaz verilişinin...

    Bərdədə Lək kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

    2016-08-24

    Avqustun 24-də Bərdə rayonunun Lək kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

  • 9 avqust 2016-cı il tarixdə Bərdə rayonun 2016...

    9 avqust 2016-cı il tarixdə Bərdə rayonun 2016-cı ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

    2016-08-09

    Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.

  • Bərdədə Ordu sıralarından iyul ayında tərxi...

    Bərdədə Ordu sıralarından iyul ayında tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.

    2016-07-19

    Tədbirdən öncə Ordudan yeni tərxis olunmuş gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər.Sonra Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponatlarla tanış oldular. Tədbir Heydər Əliyev Mərkəzində keçirildi.

  • Azərbaycan Respublikası Dövlət İmtahan Mərk...

    Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bərdədə Agdam, Ağcabədi, Bərdə, Tərtər vətəndaşlarını fərdi qaydada qəbul edərək müraciətlərini dinləmişdir.

    2016-07-08

    Qəbuldan əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri sədri Məleykə Abbaszadə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.

  • Ramazan bayramı günündə İmamzadə məscidind...

    Ramazan bayramı günündə İmamzadə məscidində görüş-tədbir keçirilmişdir.

    2016-07-07

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 8-də Bərdədə olmuş, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər

  • Dəymədağıldı kəndinə təbii qaz verildi.

    Dəymədağıldı kəndinə təbii qaz verildi.

    2016-07-05

    İyulun 5-də Bərdə rayonunun Dəymədağıldı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir.Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

  • Ramazan bayramı ərəfəsində Qazıqurdalı kən...

    Ramazan bayramı ərəfəsində Qazıqurdalı kəndinə təbii qaz verilişinin açılışı oldu

    2016-07-05

    İyulun 5-də Bərdə rayonunun Qazıqurdalı kəndində təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

  • Bərdədə 26 iyun - Silahlı Qüvvələr  günü ...

    Bərdədə 26 iyun - Silahlı Qüvvələr günü hərbi hissələrdə qeyd edilmişdir.

    2016-06-26

    Bərdədə 26 iyun- Silahlı Qüvvələr günü münasibətilə rayon İcra Hakimiyyətinin məsul işçiləri ,YAP fəalları, rayon Mədəniyyət Mərkəzinin kollektivi Bərdədə yerləşən "N" saylı hərbi hissələrdə olmuşdur.

  • Bərdədə insan hüquq və azadlıqları ilə ba...

    Bərdədə insan hüquq və azadlıqları ilə bağlı ictimai dinləmələr keçirilmişdir.

    2016-06-22

    Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira Xanım Süleymanova Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdən əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira Xanım Süleymanova və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun mərkəzi meydanında ucaldılmış ümumimilli lider Heydər Əliyevin heykəli önünə tər gül çiçək dəstələri qoymuş və hörmət və ehtiramlarını bildirmişlər.

  • ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahi...

    ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta Bərdə rayonunda olmuşdur.

    2016-06-17

    ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta Bərdə rayon Yeni Daşkənd kəndində ABŞ –ın Avropa Komandanlığının maliyyə dəstəyi ilə həyata keçirilən içməli su layihəsinin icra vəziyyəti ilə tanış olmuşdur.

  • Bərdə Regional Diaqnostika Mərkəzində qanverm...

    Bərdə Regional Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir.

    2016-06-17

    Bərdə Regional Diaqnostika Mərkəzində B.Eyvazov adına Respublika Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən keçirilən qanvermə aksiyasında Bərdə rayon sakinləri fəal iştirak etmişlər.

  • Bərdə rayonunun tam orta məktəblərində “So...

    Bərdə rayonunun tam orta məktəblərində “Son zəng”tədbirləri keçirilmişdir.

    2016-06-14

    14 iyun 2016-cı il tarixdə rayonun 59 tam orta məktəbində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının rəhbərləri Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə “Son zəng” tədbirində iştirak etmişlər.

  • Bərdədə  Milli Qurtuluş Günü təntənə ilə...

    Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.

    2016-06-14

    Rayon İcra Hakimiyyətiniin akt zalında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

  • Bərdədə 1 iyun - Uşaqların Beynəlxalq Müdaf...

    Bərdədə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş tədbir keçirildi.

    2016-06-01

    1 iyun 2016-cı il tarixdə Bərdə şəhər Heydər Əliyev adına park- bulvarda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə bayram tədbiri keçirilmişdir.

  • Bərdədə 28 may-Respublika günü ilə bağlı t...

    Bərdədə 28 may-Respublika günü ilə bağlı tədbir keçirilmişdir.

    2016-05-27

    Bərdədə Heydər Əliyev Mərkəzində Respublika günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır.

  • Bərdədə «Azərbaycanın innovativ inkişafı»...

    Bərdədə «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir.

    2016-05-21

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdədə «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir.

  • Bərdə rayonunda istehlakçıların hüquqlarına...

    Bərdə rayonunda istehlakçıların hüquqlarına dair konfrans keçirilib.

    2016-05-20

    Mayın 20-də aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və 265 istehlakçının iştirakı ilə Bərdədə istehlakçıların hüquqlarına dair konfrans keçirilib. Konfransı giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev ilk öncə Konfrans iştirakçılarını salamlamış, istehlakçıların hüquqlarının qorunması sahəsində rayonda görülmüş işlər barədə məlumat vermişdir.

  • Bərdə rayonunda kənd inzibati ərazi dairələr...

    Bərdə rayonunda kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair müşavirə keçirilmişdir

    2016-05-17

    17 may 2016-cı il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə, Ağdam, Ağcabədi, Laçın, Tərtər və Zərdab rayonlarının icra hakimiyyəti başçılarının aidiyyatı müavinlərinin, Dövlət Statistika idarələrinin rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və nümayəndələrin müavinlərinin iştirakı ilə təsərrüfatbaşına uçotun aparılmasına dair müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev iştirak etmişlər.

  • Bərdədə Mərkəzi meydanda aprel ayında cəbh...

    Bərdədə Mərkəzi meydanda aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna “İgidliyə görə” və Baş leytenant Həsənov Ziya Niyazi oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının təqdimedilməsi tədbiri keçirilmişdir.

    2016-05-13

    Bərdədə Mərkəzi meydanda aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna “İgidliyə görə” və Baş leytenant Həsənov Ziya Niyazi oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının təqdimedilməsi tədbiri keçirilmişdir. Tədbirdə rayon icraha kimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etmişlər.

  • Respublikanın görkəmli alimləri Bərdədə  t...

    Respublikanın görkəmli alimləri Bərdədə tədbir keçirmişlər.

    2016-05-13

    Bərdədə “Bərdə “Kitabi Dədə Qorqud”da və Qafqaz Albaniyası tarixində”adlı tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayon rəhbərləri və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev alimləri və tələbələri qəbul etmiş, dəyirmi masa arxasında söhbət etmişlər. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.

  • Bərdədə  xalqımızın ümummilli lideri Heydə...

    Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.

    2016-05-10

    Bərdə rayon Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 93-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdən öncə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərləri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri Bərdə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçəkdəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.

əvvəlki [3] növbəti