Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Hacallı kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

20 sentyabr 2016 | 16:00

  Sentyabrın 20-də Bərdə rayonunun Hacallı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak  etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki,cari ilin ötən dövründə rayonda 177,4 km müxtəlif diametrli magistral qaz xətləri çəkilərək 12 kənd qazlaşdırılmış, 3077 abonentə təbii qaz verilmişdir. Hacallı  kəndinin qazlaşdırılması üçün 20,8 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 33 ədəd siyirtmə quraşdırılmış, 331 qaz sayğacı quraşdırılmışdır. Bütün qaz xətləri kipliyə və möhkəmliyə yoxlanılmışdır. Hacalllı kəndində 331 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə Hacalllı kənd sakinləri Hacı Mirzəfər Hacıyev və Kamilə Əhymədova çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri  təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.  
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun rəhbər işçiləri ilə birlikdə kənd sakini Qabil Nadirovun evində qazın alovlandırılmasına iştirak edib, ailə üzvləri və kənd sakinləri ilə söhbət etmişdir.
Keçidlər