Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 24 –cü ildönümü Bərdədə təntənə ilə qeyd edildi.

21 noyabr 2016 | 16:00
   21 noyabr  2016-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının  24-cü ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilmişdir.
Tədbirdə rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl YAP fəallarıından bir qrupu ulu öndər, Yeni Azərbaycan Partiyasının əbədi lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbiri YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı məruzə etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyası xalqın ən böyük siyasi istinadgah yeeridir. YAP Bərdə rayon təşkilatında 10921nəfər YAP üzvü vardır. Onlardan 4825 nəfərini qadınlar, 3168 nəfərini gənclər təşkil edir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş video-çarx izlənmişdirr.
  Tədbirdə  Yeni Azərbaycan Partiyası rayon təşkilatının ilk üzvlərindən Aydın Zeynalov, Yaşar Zamanov, partiya fəalları Vidadi Əliyev,  Qurban Məmmədov, Sarıtel Ələkbərova çıxış edərək Yeni AZərbaycan Partiyasınıın  sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək daim onu dəstəkləyəcəklərini bildirdilər.
Bayram münasibətilə YAP Bərdə rayon Təşkilatı tərəfindən  bir qrup partiya fəalına Fəxri fərman və YAP -a yeni üzv qəbul edilmiş bir qrup gəncə YAP  üzvlük vəsiqələri təqdim edildi. YAP-ın yaradılmasının 24 illiyi münasibətilə məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual bilik yarışının qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edidli.
Tədbirin sonunda şəhər 8 saylı tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdirdilər.
Keçidlər