Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

10 may 2017 | 16:00
Bərdə rayon  Heydər Əliyev adına park-bulvarda xalqımızın ümummilli lideri Heydər Əliyevin 94-ci ildönümü ilə əlaqədar  tədbir keçirilmişdir.Tədbirdən öncə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərləri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri   park-bulvarda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə   ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edilmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışılmışdır.
   Ümummilli lider Heydər Əliyevin 94-ci ildönümü  ilə  əlaqədar   YAP rayon təşkilatının müxtəlif nominasiyalar üzrə rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi  ilə  birgə keçirdiyi   müsabiqələrin qaliblərinə YAP rayon təşkilatının Diplom,  Fəxri-fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir Regional Mədəniyyət və Turizm idarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.  
Keçidlər