Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə baramaçılığın inkişafı məsələlərinə dair müşavirə keçirilib

10 avqust 2017 | 16:00
04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə Prezidentinin nitqində qarşıya qoyulmuş vəzifələrlə bağlı10 avqust 2017-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2017-ci ildə baramaçılıq sahəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Bərdə rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Uzun fasilədən sonra 2016-cı ildə bərdəli baramaçılar bu işlə məşğul olmağa başlayıb və 4500 kiloqram barama tədarük ediblər. Qeyd edilib ki, 2017-cı ildə Bərdədə  11,5 ton proqnoz tapşırığa qarşı 12,5 tondan çox barama tədarük ediblər. Bu göstərici 2016-cı ilə nisbətən təqribən 3 dəfə çox olmaqla respublikada əldə olunan ən yüksək göstəricidir. 126 nəfər rayon sakini mövsümi işlə təmin olunub, baramaçıların ailə büdcəsinə 113 min manatdan çox vəsait daxil olub. Respublika Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkələrdən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafına çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Bərdə rayonu ərazisində 60 mindən çox tut tingi əkilib payız aylarında isə yerli şəkil sortlarından ibarət meşə massivində əkilmiş daha 200min ting sahələrə köçürüləcəkdir ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaqdır. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipək qurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər.
Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər