Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Bilik günü” bütün ümumtəhsil məktəblərində təntənəli qeyd olunmuşdur.

15 sentyabr 2017 | 16:00

Sentyabrın 15-də Bərdə rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir.
         Bilik günündə  rayon  İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhər 5 saylı tam orta məktəbdə olmuş, tədbirdə çıxış etmişdir. Natiq   müəllimləri və məktəbliləri, bütün rayon ziyalılarını yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etmiş, ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışmışdır. Bildirmişdir ki, bu il  Bərdə rayonunda attestat alan məzunların sayı 1317 nəfər olmuşdur. Onlardan iki nəfər orta məktəbi “Qızıl medal”la, 10 nəfər “Fərqlənmə attestatı” ilə bitirmişdir. Ali məktəbə sənəd verən məzunların sayı 794 nəfər  olmuşdur. Onlardan 484 nəfəri ali məktəblərə qəbul olunmuşdur.  Ali məktəbə qəbul olunanlar- dan 500-dən yuxarı bal toplayan 105 nəfər, o cümlədən  600-dən yuxarı bal toplayan 33 nəfər olmuşdur.  Onlardan 2 nəfər – Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin məzunu, 695 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş Mikayılov Ayxan Arif oğlu, şəhər 5 saylı tam orta məktəbin məzunu, 695 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş Cavadzadə Fəhmin Hidayət oğlu   möhtərəm Prezidentiumiz cənab İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşlər. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 144 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar.  Akademik Z.Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb- lisey bu il də ən yüksk nəticə əldə etmişdir. Buranın bu ilki 91 nəfər məzunundan 78 nəfər ali məktəbə qəbul olunmuşlar.  Şəhər 5 saylı tam orta məktəbin uğurlarını qeyd edən natiq bu il bu məktəbin IX sinif şagirdi Muradov Təhmin Hidayət oğlunun biologiya fənnindən respublika olimpiadasının “Qızıl medal”çısı olması, 13 nəfər məzunun ali məktəbə qəbul olunması münasibətilə təbrik etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru ”Tərəqqi medal”lı Teymur Həmidov, məktəb valideyn komitəsinin sədri Ülviyyə Muradova, məktəblilər adından X sinif şagirdi Təhmin Muradov, şəhid anası Sədaqət Abdullatur göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
“Bilik günü” tədbiri keçirilən bütün tam orta məktəblərdə rayon İcra  Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər.

Keçidlər