Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Dövlət Müstəqilliyi günü təntənə ilə qeyd edilmişdir.

17 oktyabr 2017 | 16:00
Dövlət Müstəqilliyinin 26-cı ildönümü   Bərdədə rayonun ümumtəhsil məktəblərində, muzey və mərkəzlərində silsilə tədbirlərlə, Heydər Əliyev adına Park- bulvarda təşkil olunmuş konsert proqramı ilə qeyd olunmuşdur.
           Heydər Əliyev Mərkəzində  Dövlət Müstəqilliyi günü ilə əlaqədar yekun tədbir keçirilmişdir.
          Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı  ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək  xatirəsinə ehtiramlarını bildirmişlər.
          Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.
          Tədbiri  rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq tədbir iştirakçılarını bayram günü münasibətilə təbrik etmiş, ötən 26 il ərzində dövlət  müstəqilliyinin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və  vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır.
          Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb –liseyin  ibtidai sinif müəllimi, respublikanın Əməkdar müəllimi Püstə Mehdiyeva,  korpus komandirinin müavini Babək Süleymanlı   çıxış edərək Azərbaycanımızın dünyadakı nüfuzundan danışmış, bu yolda çox böyük uğurlara imza atmış möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
          Sonda  şəhər 2 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” adlı bədii kompozisiya nümayiş etdirilmişdir.
Keçidlər