Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.

08 noyabr 2017 | 16:00
             Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü  YAP Bərdə rayon təşkilatında təntənə ilə qeyd edilmişdir.
              Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzmüşlər.
              Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya   açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və qazandığı uğurlar haqqında ətraflı   məruzə etmişdir.  F.Şadlinskaya bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bugün ümumxalq Partiyasıdır və  xalqın ən böyük siyasi istinadgah yeridir.
Tədbirdə  YAP fəallarından Ədibə Əhmədova, Qulam Eyvazov, Səbuhi Qasımov, Tofiqə Məmmədova və “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixinin bələdçisidir” adlı inşa -yazı müsabiqəsinin qalibi, şəhər 3 saylı tam orta məktəbin şagirdi Ayşən Camalzadə çıxış edərək Yeni Azərbaycan Partiyasınıın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən, YAP-ın genişmiqyaslı fəaliyyətindən danışmışlar.
Sonra  YAP Bərdə rayon təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir. Eyni zamanda YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə YAP üzvləri və məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual bilik, mini-futbol, 100 metr məsafəyə qaçış üzrə yarışların və inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Bərdə şəhəri 2 saylı Uşaq Musiqi və 3 saylı tam orta məktəblərinin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 25-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdirmişlər.
Keçidlər