Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə böyük bayram tədbiri keçirildi.

29 dekabr 2017 | 16:00
   31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə rayonun Mərkəzi meydanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin,   YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və  ictimaiyyət nümayəndələri– cəmi 7min nəfərdən çox rayon sakinləri iştirak etmişdir.
Tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin çıxışı ilə başlamış, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev çıxış etmişdir. O, çıxışında dekabrın 31-nin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə   Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini bildirmiş, qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın say-seçmə ölkələri sırasına çıxmışdır.  Bildirilmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi rayonumuz da sürətlə inkişaf edir, əhalinin sosial-iqtisadi problemləri sürətlə həll edilir. Bütün bunlar ümummilli lider Heydər Əliyev dühasının yaratdığı və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən siyasi xəttin nəticəsidir. Daha sonra natiq  tədbir iştirakçılarının şəxsində bütün Azərbaycan xalqını, rayon sakinlərini hər iki bayram münasibətilə təbrik etmiş, uzun ömür, can sağlığı, işlərində uğurlar arzulamışdır.
             Tədbirdə 2017-cı ildə əldə etdiyi nailiyyətlərə görə 15 nəfərə Fəxri fərman və 32nəfərə rayon İcra Hakimiyyəti tərəfindən  qiymətli hədiyyə verilmiş, tədbir iştirakçılarına “Şaxta baba” hədiyyələri paylanmışdır.
             Tədbir Bərdə Mədəniyyət Mərkəzi “Qarabağ” xalq çalğı alətləri ansamblı üzvlərinin,  rayonun incəsənət adamlarının, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları ilə müşayiət olunmuşdur.
Keçidlər