Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Respublika Gənclər günü münasibətilə silsilə tədbirlər keçirlmişdir.

01 fevral 2018 | 16:00
              Rayonda 2 Fevral –Respublika Gənclər gününə həsr edilmiş  silsilə tədbirlər keçirilmişdir.  Tədbirdən öncə rayonun fəal gənclərindən bir qrupu  ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etmişlər.
            Rayon Heydər Əliyev mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
              Tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov açmış, gəncləri bayram münasibəti ilə təbrik edərək  dövlət gənclər siyasətindən, ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən və bu proseslərdə gənclərin rolunun əhəmiyyətindən  geniş və ətraflı  danışdı.
    Rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov  məruzə edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin  bugün  ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla həyata keçirilməsindən, gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin   ölkəmiz və dövlətimiz üçün ən başlıca məsələ olduğunu, rayonda gənclərlə qurulan işdən, onlara göstərilən diqqət və qayğıdan, 2017-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.
             YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Ağayev, Dövlət İdarəetmə və Texnoloğiya kollecinin II kurs tələbəsi, akademik Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Pərvin Əhmədova, rayon Uşaq Gənclər-şahmat məktəbinin futbol üzrə məşqçi-müəllimi Cabbar Hacıyev çıxış edərək  ümummilli lider Heydər Əliyevin daima gənclərə göstərdiyi diqqət və qayğıdan,onun müəllifi olduğu Dövlət Gənclər Siyasətinin bu gün də ölkə Prezidenti  İlham Əliyev cənabları tərəfindən yeni dövrün tələblərinə uyğun həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən, gənclər və idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışdı.
            Çıxışlardan sonra   rayonun fəal gənclərindən bir qrupu və Gənclər günü münasibətilə  rayon məktəblərinin yeniyetmələrdən ibarət komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun rayon çempionatının qalibləri   müvafiq dərəcəli diplom, Fəxri-Fərman və qiymətli hədiyyələri ilə  mükafatlandırıldılar.
Sonda şəhər 3 saylı tam orta məktəbin məktəbliləri kompozisiya ilə çıxış etmişlər.
Keçidlər